Oktyabrın 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin birinci müavini Andrey Belousov ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivləri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrası və gəmiqayırma sahəsində kooperasiya məsələləri müzakirə edilib.