Qaxda 3-cü sinif şagirdini maşın vurub.

"Unikal" xəbər verir ki, hadisə bu gün günorta saatlarında İmam Mustafayev küçəsində, 4 saylı tam orta məktəbin qarşısında baş verib.

Belə ki, həmin məktəbin 3-cü sinif şagirdi, 2015-ci il təvəllüdlü Səfərəliyeva Zəhra Mustafa qızı məktəbdən çıxıb yolu keçmək istəyərkən "VAZ-2107" markalı avtomobil onu vurub.

8 yaşlı Z. Səfərəliyeva onu avtomobillə vuran sürücü tərəfindən dərhal Qax Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli