Gürcüstanın keçmiş xarici işlər naziri Eka Tkeşelaşvili Lvov vilayətində baş verən qəzadan sonra xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Bildirilir ki,  avtoqəza ötən gün baş verib. Tkeşelaşvilinin olduğu “Audi A8” markalı avtomobil “Hyundai"la toqquşub. Toqquşma nəticəsində “Hyundai”nin sürücüsü yerindəcə keçinib. 

Gürcüstan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri beyin silkələnməsi və xəsarətlər alıb və o, xəstəxanaya yerləşdirilib.