"Ölkənin hazırkı rəhbəri Vladimir Putin əhali tərəfindən görünməmiş dəstək alır".

 "Unikal" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

Kreml nümayəndəsi hesab edir ki, hələlik heç kimin, ən azı nəzəri cəhətdən, qarşıdan gələn seçkilərdə Putinlə rəqabət apara bilməsi mümkün deyil.

“Aydındır ki, Putin ölkəmizdə - xüsusən indi, bütün cəmiyyətin prezident və onun ideyaları ətrafında görünməmiş birləşdiyi bir dövrdə - tamamilə aparıcı siyasətçidir. Bu, yəqin ki, heç kimin etiraz edə bilməyəcəyi bir həqiqətdir”, - Peskov qeyd edib.

Eyni zamanda, Putinin özü hələ 2024-cü ilin martında keçiriləcək prezident seçkilərində iştirak etmək planları ilə bağlı heç bir açıqlama verməyib.

Gülayə Mecid