HƏMAS hərəkatı iki il ərzində İsrailə hücum planlarını uğurla gizlədib. 

"Unikal" xəbər verir ki, bu barədə  "Reuters"mənbələrə istinadən məlumat yayıb.  

Mürəkkəb kampaniya İsrail ordusunu yaraqlıların müharibə istəmədiyinə inandırmaq və bununla da İsraili təəccübləndirmək üçün hazırlanmışdı. 

Agentliyin məlumatına görə, “terrorçular” tez-tez göz önündə təlim keçib və hücumlara hazırlaşırdılar, lakin İsrail hakimiyyəti HƏMAS-ın müharibədən yorulduğuna və iqtisadi problemlərin həlli ilə məşğul olduğuna əmin olub.  Hücuma hazırlaşarkən yaraqlılar hətta Qəzza zolağında desant qüvvələrinin endirilməsi və hücumların təşkili üzərində işlədikləri İsrail yaşayış məntəqəsinin nüsxəsini tikiblər.  

Bu arada HƏMAS İsraili inandırmağa çalışıb ki, o, Qəzzalı işçilərə müharibəyə başlamaqdan daha çox xaricdə işləmək imkanı verməklə məşğuldur. Və  beləliklə, hərəkat öz məqsədinə nail olub.

2021-ci ildəki əvvəlki eskalasiyadan bəri İsrail, anklav sakinlərinə əmək haqqının dəfələrlə çox olduğu İsraildə və ya İordan çayının qərb sahilində işləmək hüququ vermək də daxil olmaqla, Qəzzada iqtisadi sabitliyin əsas səviyyəsini təmin etməyə çalışıb.

“Biz düşündük ki, onların işə gələrək Qəzzaya pul gətirməsi bir qədər sülh yaradacaq. Biz səhv etdik”, - İsrail ordusunun nümayəndəsi agentliyə müsahibəsində bildirib.

HƏMAS son iki ildə İsrailə qarşı hücumdan çəkinir və aktiv İslami Cihad əməliyyatlarını dəstəkləmir. Bu, islamçıların tənqidinə səbəb olub, lakin HƏMAS-ın müharibə istəmədiyi təəssüratı yaradıb. 

Hərəkat həmçinin gözlənilən hücumla bağlı məlumat sızdırmaqdan da qaça bilib. "Reuters"in məlumatına görə, HƏMAS liderlərinin çoxu bu planlardan xəbərsiz idi və hücumda iştirak edən 1000 döyüşçünün təlimlərin dəqiq məqsədi barədə heç bir məlumatı yox olmayıb. 

Gülayə Mecid