Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Çeçenistan Respublikasının ali mükafatı - Axmat-Xaji Kadırov adına ordeni təqdim olunub.

"Unikal" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün "Telegram" kanalında yazıb. 

Onun sözlərinə görə, Putinə bu mükafatın verilməsi haqqında fərman hələ 2007-ci ildə imzalanıb, lakin o, yalnız indi verilib. Kadırov həmçinin Rusiya liderinə dərin təşəkkürünü bildirib.

"Bu, onun səyləri nəticəsində yenidən canlanan bütün respublika sakinləri adından bildirə biləcəyimiz minnətdarlığın yalnız kiçik bir hissəsidir",- o əlavə edib.

Bu mükafat 2004-cü ildə Çeçenistan prezidentinin xatirəsinə təsis edilib.

Gülayə Mecid