Almaniyanın Hamburq hava limanında bazar ertəsi elektron poçtla gələn bomba təhdidindən sonra bütün uçuşlar təxirə salınıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, içərisində 198 sərnişinin olduğu təyyarədə polislər tərəfindən yoxlanış aparılıb, həmçinin, sərnişinlər sorğu-sual edilib.

Nümayəndə əlavə edib ki, hava limanının yanğınsöndürmə briqadası axtarışlara cəlb olunduğu üçün uçuş və ya eniş mümkün deyil.