Şahin Mustafayevin şübhəli proqnozu
11:11 06-04-2013
CƏMİYYƏT
Şahin Mustafayevin şübhəli proqnozu
İqtisadi inkişafı naziri nəyə əsasən ÜDM-də neftin payının kəskin azalmasını planlaşdırır?
Hökumətin proqnozuna görə, 7 ildən sonra ÜDM-də neft sektorunun payı 20%-ə düşəcək. Bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev "The Business Year" jurnalının təqdimatında bəyan edib.
Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycanın ÜDM-nin 80%-i qeyri-neft sektorunun payına düşəcək. "Qeyri-neft sektorunun ÜDM-in formalaşmasında rolu artacaq. Bu gün ÜDM-in 48%-i qeyri-neft sektorunun payına düşür. 2020-ci ildə bu göstərici 80% olacaq. Beləliklə, ölkə iqtisadiyyatı neft sektorunun asılılığından qurtulacaq", - deyə Mustafayev bildirib.
Amma maraqlı orasıdır ki, Şahin Mustafayev izah etməyib ki, bu nəticə hansı sektorların hesabına olacaq. Yəni nazirin sözləri daha çox populist xarakteri daşıyır, “altı doldurulmayıb” və havadan asılı qalır.
Digər tərəfdən, hökumət mərmurları belə bəyanatları dəfələrlə verərək 2020-ci ildə neft sektorunun mənzərəsini gizlədə bilmirlər. Nə qədər neft hasil ediləcək, nə qədər emal olunacaq, nə qədər ixrac ediləcək? Hamıya məlumdur ki, 2020-ci ilə kimi neft-qaz sektoruna 50 milyard dollar birbaşa investisiya qoyulacaq. Bunun sayəsində Azərbaycan müasir neft emalı sahəsi, neft-kimya kompleksi, qaz emalı müəssisəsi əldə edəcək. Bunlar dövlət büdcəsinə və ölkəyə iri gəlirlər gətirəcək. Yəni büdcənin neft-qaz sektorundan asılılığı nəinki azalacaq, hətta bir az da güclənəcək. Belədə Sovet illərinə xas “pripiska” ritorikası ilə ÜDM-də qeyri-neft sektorunun payının artmasından danışmaqla kimi aldatmaq olar?!
Bundan başqa, Azərbaycanda və xaricdə iri neft-qaz layihələri həyata keçiriləcək. Yəni bütün tərəflərdən baxdıqda aydın görünür ki, neft sektoru orta perspektivdə iqtisadiyyatda lider rolunu qoruyacaq. Ona görə də Şahin Mustafayevin timsalında hökumətin proqnozunun hansı əsasla verildiyi anlaşılmır.
Əgər nazir əksini iddia etməkdə israr edirsə, onda qoy proqnozunu konkret, ağlabatan rəqəmlərlə əsaslandırsın.
Seymur Quliyev
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22