Dünyada yeni dünya müharibəsi gedir və bu, Ukraynada başlayıb, indi də İsraildə davam edir.  

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili uzaqdan əlaqə saxladığı məhkəmədə bildirib.

"Dünya çətin vəziyyətdədir. Fakt budur ki, dünyada yeni dünya müharibəsi gedir. Hər an nəsə baş verə bilər və gözlənilməz, fəlakətli hadisə ilə üzləşə bilərik... İndi İsraildə baş verənlər qaranlıqla işıq arasında gedən mübarizədir. Bunun arxasında Rusiyanın dayandığına heç bir şübhəm yoxdur", - Saakaşvili bildirib.

Gülayə Mecid