Oktyabrın 4-də MDB İcraiyyə Komitəsinə Ararat Mirzoyanın müavininin MDB Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də Bişkekdə keçirilməsi nəzərdə tutulan iclasında iştirak edəcəyi barədə yazılı məlumat verilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi açıqlayıb. 

Xatırladaq ki, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin oktyabrın 12-də Bişkekdə Azərbaycan, Rusiya Federasiyası və Ermənistan xarici işlər nazirlərinin görüşü ola biləcəyini bildirib.

Rusiya xarici işlər nazirinin müavini qeyd edib ki, Bakı öz razılığını verib və indi tərəflər İrəvandan rəsmi cavab gözləyirlər. Ermənistanın açıqlamasından belə çıxır ki, mümkün görüş baş tutmayacaq.

Ağarza Elçinoğlu