ABŞ prezidenti Co Bayden Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi nəticəsində ölən ABŞ vətəndaşlarının sayını açıqlayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Bayden ən azı 11 ABŞ vətəndaşının öldüyünü bildirib. 

Amerika vətəndaşlarının Fələstinin Həmas hərəkatının yaraqlıları tərəfindən əsir götürülə biləcəyi də istisna edilməyib.