Argentinanın Salta əyalətində bazar ertəsi 5,5 maqnitudalı zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 24 min nəfər əhalisi olan Embarkasion şəhərindən 66 km cənub-şərqdə, 545 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.