Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın İsrailə qarşı başlatdığı “Əqsa tufanı” əməliyyatından sonra İsrail də əks hücuma keçib. Artıq günlərdir İsrail-Fələstin arasındakı qanlı müharibə davam edir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Ordusu HƏMAS-ın 4 yüksək səviyyəli şəxsini öldürmək əmrini alıb.
Onlardan biri Qətərdə yaşayan HƏMAS lideri İsmayıl Haniyədir. HƏMAS-ın əməliyyatının adının “Əqsa tufanı” olduğunu açıqlayan Haniyə “Torpaqlarımızı və əsirlərimizi xilas etmək üçün mübarizəmiz davam edəcək” deyə açıqlama yayıb.
Digər hədəf isə HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvardır. İsrail ordusundan kontr-admiral Daniel Həcəri Yəhya Sinvarının məhv edildiyini açıqlayıb.
İsrailin sui-qəsd siyahısında üçüncü ad əməliyyatın planlayıcısı kimi tanınan Məhəmməd Deifdir. Hücum strategiyasını HƏMAS-ın hərbi qanadının rəhbəri olan Deyfin hazırladığı məlumdur. İsrail kəşfiyyatından qaçmaq üçün hər gecə fərqli bir yerdə qaldığı üçün “Qonaq” ləqəbi ilə tanınan Deif haqqında çox məlumat yoxdur.
İsrailin öldürmək üçün hərəkətə keçəcəyi digər adın isə İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde olduğu iddia edilib.
Gülayə Mecid