Moskva yaxınlığındakı Podolsk şəhərinin rəhbəri 47 yaşlı Dmitri Jarikov vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Podolsk şəhərinin rəhbəri Dmitri Jarikov vəfat edib. Onun cəmi 47 yaşı var idi, o, ötən il şəhərə rəhbərlik edib", - deyə məlumatda bildirilir.

İlkin məlumata görə, ölüm səbəbi infarkt olub.