Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun KXDR-ə rəsmi səfəri üzərində işləyir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O əlavə edib ki, səfər zamanı Rusiya və KXDR arasında ikitərəfli münasibətlər müzakirə olunacaq: "Ən yüksək səviyyədə əldə olunmuş razılaşmalara uyğun olaraq, hazırda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Pxenyana səfəri üzərində iş gedir, bu səfər zamanı ikitərəfli münasibətlərin geniş spektri və Koreya yarımadasına dair məsələlər müzakirə olunacaq". 

Ağarza Elçinoğlu