İsrailin baş naziri Benyamin Netanyahunun 29 yaşlı oğlu Avner Netanyahu səfərbər olunaraq cəbhəyə yollanıb.

"Unikal" xəbər verir ki, bu barədə "İsrailin Səsi" məlumat yayıb.

Avnerin konkret olaraq harada xidmət edəcəyi və antiterror əməliyyatı zamanı nə edəcəyi barədə məlumat verilmir. 

Bundan əvvəl İsrailin iki gün ərzində HƏMAS-la müharibəyə 300 min nəfəri səfərbər etdiyi bildirilirdi.

Qeyd edək ki, Avner baş nazirin üç övladından ən kiçiyidir, ondan başqa siyasətçinin 45 yaşlı qızı və 32 yaşlı oğlu da var.

Nuranə Abbasova