Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlayıb. 

Nazirlər Fələstin və İsrail arasında tezliklə atəşkəs əldə olunmasını dəstəkləyiblər. Tərəflər həmçinin Transqafqazdakı vəziyyəti müzakirə ediblər: "Nazirlər Cənubi Qafqaz üzrə "3+3" məsləhətçi regional platforması çərçivəsində birgə işin tezliklə bərpasının tərəfdarı olduqlarını bildiriblər".

Bundan əlavə, Lavrov və Abdullahian qarşılıqlı maraq doğuran bir sıra ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Ağarza Elçinoğlu