Rusiya Ermənistanla Qarabağda sülhməramlılar məsələsini müzakirə etməyib.

"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir.  

"Rusiya sülhməramlıları de-fakto və de-yure Azərbaycan ərazisindədirlər. Onların sonrakı qalma rejiminə və bununla bağlı bütün üsullara gəlincə, əlbəttə ki, bu, Azərbaycan tərəfi ilə müzakirə olunacaq”, - Peskov bildirib.

O, eyni zamanda əlavə edib ki, “əlbəttə ki, Rusiya Federasiyası Ermənistan tərəfi ilə əlaqələrini davam etdirəcək”.

Gülayə Mecid