Rusiya Müdafiə Nazirliyi sülhməramlıların Xankəndidə qəzaya düşməsi ilə bağlı məlumat yayıbb.
"Unikal" xəbər verir ki, məlumata əsasən, dekabrın 11-də Qarabağda zirehli transportyorun (BTR-82) dağ yolundan çıxması nəticəsində Rusiya sülhməramlısı həlak olub.
“Dekabrın 11-də Rusiya sülhməramlı kontingentinin BTR-82-nin dağ yolundan çıxması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, ikisi orta və ağır xəsarətlər alıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara bütün lazımi tibbi yardım göstərilib. Xəsarət alan hərbçilər sonrakı müalicə üçün hava yolu ilə Rusiya sülhməramlı kontingentindən hospitalın tibb müəssisəsinə aparılıblar.
Nuranə Abbasova