Patrul xidməti İrəvan meri Tiqran Avinyanı cərimələyib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Polis İnformasiya İdarəsi açıqlayıb. 

Bildirilib ki, Avinyanın müvafiq vəsiqəsi olmayan "Qazel" markalı avtomobili idarə edib. O, buna görə 35 min dram (təxminən 150 manat) cərimə olunub. 

Ağarza Elçinoğlu