Lionel Messi və Kristiano Ronaldo eyni liqada çıxış edə bilər.
"Unikal" xəbər verir ki, Səudiyyə Ərəbistanı adıçəkilən iki ulduzun da Səudiyyə Pro Liqasında çıxış etməsini istəyir. Ərəblər Messiyə 6 aylıq icarə təklifi göndərəcək.
Qeyd edək ki, Messinin MLS-dəki növbəti oyunu 4 ay sonra (fevral ayında) olacaq. "İnter Mayami" daha öncə turnirin pley-offlarına yüksələ bilməmişdi.