Ukraynanın maliyyə və hərbi dəstəyi, eləcə də İsrailə yardım Ağ Evin əsas prioritetləridir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib.
"Ukraynanın maliyyələşdirilməsi, həm hərbi, həm də birbaşa büdcə dəstəyi, eləcə də İsrail üçün resurslar Bayden administrasiyasının tamamilə əsas prioritetləridir", - Yellen Mərakeşdə mətbuat konfransı zamanı deyib.