Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ikinci dəfə İrana gedəcəyi təqdirdə 99 şallaq zərbəsi ilə cəzalandırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb Ronaldonun ölkənin ən sərt qanunlarını pozması olub. Belə ki, futbolçu Asiya Çempionlar Liqasının "Persepolis"lə səfər oyunundan sonra iranlı sənətçi Fatiməni qucaqlayaraq öpüb.
Fatimə İranda fiziki məhdudiyyətli rəssamdır. O, portuqaliyalı futbolçunun böyük azarkeşidir. Matç sonrası çəkdiyi iki şəkli futbolçuya verib, portuqaliyalı isə formasını qıza verərək ona təşəkkür edib.
Ağarza Elçinoğlu