"Misir Qəzzadan olan qaçqınlar üçün humanitar dəhlizlərin açılması ideyasını rədd edib". 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bundan əvvəl İsrail və Misir Qəzza zolağından qaçqınların təxliyəsi üçün humanitar dəhliz yaradılması haqqında saziş imzalamışdı. Qeyd olunub ki, dəhliz amerikalıların və digər ölkələrin vətəndaşlarının, o cümlədən BMT əməkdaşlarının, qeyri-hökumət təşkilatlarının üzvlərinin və Qəzzada yerləşən jurnalistlərin çıxışı üçün nəzərdə tutulub. 

BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və ABŞ prezidenti Co Bayden də İsrail və Fələstin arasındakı münaqişə zonasında humanitar dəhlizlərin açılması imkanlarını müzakirə ediblər. 

Ağarza Elçinoğlu