ABŞ-ın müdafiə naziri Lloyd Ostin oktyabrın 13-də İsrailə səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb.

"Pentaqon rəhbəri Lloyd Ostinin cümə günü İsrailə gələcəyi gözlənilir ", - nəşr bildirib.

Hələlik başqa təfərrüatlar verilmir.

Oktyabrın 12-də Təl-Əvivdə Amerika dövlət katibi Antoni Blinken və İsrailin baş naziri Benyamin Netanyahu arasında danışıqlar baş tutub . Görüşdən əvvəl hökumət başçısı ölkəsinə göstərdiyi qeyd-şərtsiz dəstəyə görə Vaşinqton nümayəndəsinə təşəkkür edib.