“Qızıl milyard” ölkələri (Qərbi Avropa ölkələrini nəzərdə tutur - red.) öz liderliklərini itirməyə başlayıblar, baxmayaraq ki, onlar hələ də onu qoruyub saxlamağa çalışırlar.

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib. 

O, MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı qeyd edib ki, hazırda dünyada oxşar tendensiyalar müşahidə olunur.

"“Qızıl milyard” adlandırılan ölkələr liderliklərini qoruyub saxlamaq cəhdlərinə baxmayaraq, sırf obyektiv şəraitə görə tədricən bu liderliklərini itirirlər”, - Putin vurğulayıb.

Onun sözlərinə görə, bu dövlətlərin rəhbərləri bütün digər ölkələri istismar edir, informasiya, texnoloji və maliyyə vəziyyətindən sui-istifadə edirlər.