"Ukraynanın keçmiş prezidenti Viktor Yuşçenkonun fikirlərinin arxasında onun həyat yoldaşı və ABŞ Dövlət Departamentinin əməkdaşı dayanır".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  "Telegram" kanalında yazıb. 

Xatırladaq ki, Ukraynanın keçmiş prezidenti Viktor Yuşçenko ölkənin 1991-ci il sərhədlərinə qayıtmaqla kifayətlənməyəcəyini bəyan edib və Ukrayna Silahlı Qüvvələrini Moskvaya hücum etməyə çağırıb.