İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydeni yaxın günlərdə İsrailə səfərə dəvət edib.

"Unikal" xəbər verir ki, bu barədə Times of Israel məlumat yayıb.

Nəşr qeyd edir ki, Bayden bu həftə İsrailə səfərə dəvət olunub. Əgər o, razılaşarsa, Bayden münaqişə qızışmağa başlayandan bəri İsrailə səfər edən ilk xarici dövlət başçısı ola bilər.