Fələstin prezidenti Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Mahmud Abbas Rusiyanın Fələstin xalqının hüquqlarına dəstəyini yüksək qiymətləndirib.

O, Qəzza zolağında eskalasiya zamanı Rusiya vətəndaşlarının həlak olması ilə bağlı Vladimir Putinə başsağlığı verib. Vladimir Putin həmçinin Qəzzada gərginlik zamanı həlak olan fələstinlilərin ailələrinə başsağlığı verib.