"Yaxşı oyun keçirdik. İlk hissədə bacarığımızı göstərə bilmədik. Amma balansı saxlamışdıq və mübarizə aparırdıq".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Avstriya yığmasına 0:1 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis son dəqiqələrdə qol epizodundan yararlana bilmədikləri üçün təəssüfləndiyini bildirib: "İkinci yarıda yaxşı oyun gedirdi və bu səbəbdən dəyişikliklərə ehtiyac görmürdük. Güclü komandaya qarşı mübarizə apardıq. Fasilədən sonra penaltidən buraxdığımız qolla məğlub olduq".