Milli Məclisin sədr müavinləri "Mədəniyyət haqqında" qanun layihəsini tənqid ediblər
03:13 07-04-2012
SİYASƏT
Milli Məclisin sədr müavinləri "Mədəniyyət haqqında" qanun layihəsini tənqid ediblər
Milli Məclisdə "Mədəniyyət haqqında" qanun layihəsi ilk oxunuşda müzakirə olunub.
Layihə barədə MM-in Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov məlumat verib.
N. Cəfərov deyib ki, bundan əvvəlki müvafiq qanun 1998-ci ildə qəbul olunub. Yeni qanun Azərbaycan Konstitusiyasının 40-cı maddəsi ilə təsbit olunmuş mədəniyyət hüququnun təmin olunması məqsədilə dövlət mədəniyyət siyasətinin əsas prinsiplərini, dövlət mədəniyyət fəaliyyətinin formalarını və təşkilati, hüquqi və iqtisadi əsaslarını, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərin hüquqlarını və vəzifələrini, həmçinin mədəniyyət işçilərinin statusunu müəyyən edir, mədəniyyətin ayrı-ayrı formaları üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır.
Komitə sədri bildirib ki, yeni qanun layihəsi 9 fəsil və 46 maddədən ibarətdir. Layihənin 42-ci maddəsi "şou-biznes və multimedia" adlanır. Orada bildirilir ki, şou-biznes (kütləvi əyləncələr industriyası) və multimedia (fotoqrafiya, audio, video, kompüter, internet və s.) istehsalı Azərbaycan qanunvericiliyə əsasən tənzimlənir.
Layihədə o da qeyd olunub ki, fəaliyyəti milli-mədəni dəyərlər baxımından cəlbedici olan şou-biznes və multimedia müəssisləri və nümayəndələri dövlət tərəfindən stimullaşdırılır.
Qanun layihəsi müzakirə olunarkən MM sədrinin müavini Valeh Ələsgərov layihəni tənqid edib. Onun fikrincə, qanun layihəsində bir sıra qeyri-müəyyənliklər və uyğunsuzluqlar var: "Bu qanun layihəsi yenidən işlənilməli, qanunvericiliyə uyğunlaşdırılmalı və bizə təqdim edilməlidir". Layihəni iclasa sədrlik edən MM sədrinin digər müavini Bahar Muradova da tənqid edib. O, layihədə bəzi dolaşıqlıqlar olduğunu söyləyib.
Elmira Axundova da layihədəki çatışmazlıqlardan danışıb.Bununla belə, layihə ilk oxunuşda qəbul olunub.
Digər Xəbərlər
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 16:47:00
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00