Oğuz rayonunda intihar hadisəsi baş verib.
"Unikal" xəbər verir ki hadisə rayonun Sincan kəndində qeydə alınıb.
Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Ramil Müzəffər oğlu Mustafayev Sincan kəndində, yaşayış evlərindən birinin tavanından özünü asaraq intihar edib.
Məlumata görə, 39 yaşlı Ramil Mustafayevin özünü asdığı ev onun keçmiş həyat yoldaşına məxsus olub. O, həyat yoldaşı ilə bir müddət öncə boşansa da, Bakı şəhərində və Oğuz rayonunun Sincan kəndində birgə yaşayıblar.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli