Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

"Unikal" xəbər verir ki, ölkə başçısının Sərəncamı ilə Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovu səhiyyə sahəsindəki səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görüb.

Qeyd edək ki, Asiman Həsənov ölkə daxilində səhiyyə sistemlərinin səmərəliliyini, təşkilini və ümumi idarə olunmasını artırmaq üçün strategiyaların hazırlanmasında və həyata keçirilməsində fəal iştirak etmişdir. 

O 2 metodik vasitə, 1 dərslik, 1 dərs vəsaiti, 1 praktik vəsaitin və 70-dən artıq elmi məqalənin müəllifidir.

Asiman Həsənov Azərbaycanda minimal invaziv prosedurlara qarşı açıq əməliyyatların tibbi aspektlərinə diqqət yetirən geniş tədqiqata rəhbərlik etmişdir.

2009-cu ildə "Mədə və 12 barmaq bağırsaqda aparılan əməliyyatlardan sonra xroniki pankreatitin gedişi və tənzimlənməsi" elmi işini müdafiə etmiş və 2010-cu ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 

Hazırda "Açıq və miniinvaziv cərrahi əməliyyatların tibbi, sosial və iqtisadi aspektləri" adlı doktorluq dissertasiyası üzərində elmi fəaliyyətinə davam edir.