Bakıda evdən oğurluq edilib.
DİN-dən "Unikal"a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən seyfdən 5000 manat pul, 5800 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Nuruyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.