2023-cü ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1351 olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, yanğın hadisələri zamanı 26 nəfər həlak olub, 124 nəfər xəsarət alıb.

Qeyd olunub ki, ötən illə müqayisədə yanğından həlak olanların sayı 16 nəfər və ya 38%, xəsarət alanlar üzrə 54 nəfər və ya 30% azdır.