"Ermənistanın Fransadan silah alacağı rəsmən açıqlanıb. 2023-cü ildə Ermənistanın müdafiə xərcləri 501,3 milyard dram təşkil etməsi proqnoz edilirdi. Hazırkı məzənnə ilə bu 1,25 milyard dollar deməkdir".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, Azərbaycanda bu il müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6,05 milyard manat ayrılması nəzərdə tutulur ki, bu da 3,6 milyard dollara yaxın vəsait deməkdir. 

"2024-cü ildə isə bu xərclərin 6% artırılaraq 6, 4 milyard manata və ya 3.8 milyard dollar çatdırılması planlaşdırılır. Mütləq ifadədə Azərbaycanın bu qəbildən olan xərcləri Ermənistandan təxminən 3 dəfə çoxdur. Lakin effektiv anlamda bu fərq ən azı 50-60 qat artıqdır. Çünki Azərbaycan son 20-25 il ərzində hər il 3-4 qat artıq xərclə hərbi güc formalaşdırıb. Təkcə bu illər ərzində çəkilən xərcin toplam fərqinə baxsaq, bu 70-80 dəfə artıq hərbi xərc deməkdir. 

Bu azmış kimi Ermənistanın nəyi vardısa, Vətən müharibəsində darmadağın edildi. Buna görə də hər ilə lap milyard yarım pul ayırsalar və Fransadan silah alsalar belə, onların Azərbaycanla müqayisə edilə biləcək orduya sahib olmaları üçün ən azı 15-20 il lazımdır. Bu şərtlə ki, Azərbaycan heç nə etməsin. Amma nəzərə alsaq ki, Azərbaycan yerində dayanmır, hər il Ermənistandan yenə də 3 dəfə artıq xərc ayırır, deməli ordular arasında olan fərq getdikcə daha da artacaq. Buna görə də o millətin ağlı olsa, fransıza silah üçün verəcəkləri pulu qarınlarına xərcləsinlər, bir də özlərinə təzə unitaz alsınlar".

Seymur Əli