Naxçıvan hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı İsa Məhərrəmov vəzifəsindən azad olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Unikal”a bildirilib ki, İsa Məhərrəmovun prokurorluqda qulluqda olmanın son yaş həddi ilə bağlı qulluq keçməsinə xitam verilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev oktyabrın 23-də onu qəbul edərək Azərbaycan Baş prokurorunun müvafiq əmri ilə təltif olunduğu “Fəxri fərmanı” təqdim edib.