Macarıstanın müxalif “Momentum” siyasi partiyasının 4 nümayəndəsi Çində Rusiya prezidenti Vladimir Putinlə görüş keçirdiyi üçün baş nazir Viktor Orbanın ofisinin yaxınlığındakı hasara qırmızı boya atıb.

"Unikal" xəbər verir ki, bu barədə siyasi birliyin “Facebook” səhifəsi məlumat yayıb. 

Bildirilir ki, Orban Rusiya lideri ilə görüşərək 1956-cı il hadisələrində iştirak edən macarların “xatirəsini  tapdalayıb”.

Qeyd edək ki, 1956-cı il Macarıstan üsyanı Macarıstan Xalq Respublikasında sovetyönlü Stalinist rejimə qarşı oktyabrın 23-dən noyabrın 11-dək baş vermiş və SSRİ qoşunları tərəfindən yatırılmış silahlı üsyan hesab olunur.

Gülayə Mecid