Tarixin ən yaşlı iti olaraq "Ginnesin Rekordlar Kitabı"na düşən Bobi adlı it Portuqaliyada 31 yaşında ölüb.

"Unikal" xəbər verir ki, bu barədə "Dünya Rekordlar Kitabı"nın saytında dərc olunan məlumatda deyilir.

"Bobi 31 il 165 gün yaşadı. O, oktyabrın 21-də Portuqaliyanın Kokeyruş kəndindəki evində vəfat etdi və bütün ömrünü Kosta ailəsi ilə birlikdə keçirdi", - məlumatda bildirilir. 

Bobi 11 may 1992-ci ildə anadan olub. Bobi bu ilin fevral ayında "Ginnesin Rekordlar Kitabı"na düşüb. O zaman itin 30 yaşdan çox yaşı var idi.

Alentej mastiflərinin orta ömrü 12 ilə 14 il arasındadır.