ABŞ-ın Suriyadakı iki hərbi bazaya pilotsuz uçuş aparatları ilə hücum təşkil etdiyi bildirilib.

"Unikal" xəbər verir ki, sionist İsrailin Qəzzada həyata keçirdiyi qırğından sonra ABŞ-ın bölgədəki bazalarına hücumlar artır.

Ərəb mediası ABŞ-ın Suriyadakı üsyançıların iki bazasına pilotsuz uçuş aparatları ilə hücum etdiyini bildirib.

Hücum nəticəsində insan tələfatı və maddi ziyanla bağlı məlumat verilməyib.

Hücuma görə məsuliyyəti İraqdakı İslami Müqavimət Təşkilatı öz üzərinə götürüb. Müqavimətin verdiyi açıqlamada bu səhər ABŞ-ın Suriyadakı Əl Tənf və Rukban bazalarının iki PUA ilə hədəf alındığı qeyd edilib.

İraqda ABŞ əsgərlərinin yerləşdiyi Hərir Hərbi Hava Bazası və Ayn Əl-Əsəd Hərbi Bazasına da pilotsuz uçuş aparatları və raketlərlə hücumlar edilib. ABŞ-ın İraqda 2500, Suriyada isə 900 əsgəri var.