Daxili İşlər Nazirliyi Qubada baş vermiş qəza ilə balı araşdırmalar aparır. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a bildirilib ki, Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində  "VAZ 2106" markalı minik avtomobili ilə Quba-Zərdabi marşrut xətti üzrə işləyən "Mercedes" markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalar aparılır.

*** 20:47

Quba rayonunun Zərdabi qəsəbəsində mikroavtobus və minik avtomobili toqquşub.

"Unikal" xəbər verir ki, qəza zamanı avtomobillərdə olan 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Quba-Zərdabi marşrutu üzrə sərnişin daşıyırmış.

Faktla bağlı araşdırma aparılır.