"Gürcüstanla birgə Cənubi Qafqaz üçün “3+3” formatı yaxın gələcəkdə işləyə bilər". 

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda keçirilən görüşdən sonra deyib: 

Tiflisdəki mövcud hakimiyyət, dəfələrlə sübut etdiyi kimi, bütün hərəkətlərində ilk növbədə köklü milli maraqlardan çıxış edir. Bu, yaxın gələcəkdə tamhüquqlu “3+3” formatının işləyə biləcəyini deməyə əsas verir ”, - Lavrov qeyd edib .

Onun sözlərinə görə, görüş iştirakçıları Qəzza zolağındakı vəziyyəti, eləcə də Azərbaycan və Ermənistan arasında böyük ölçüdə həllini tapmış münaqişəni müzakirə ediblər. Rusiya diplomatiyasının rəhbəri əlavə edib ki, xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.