Xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə baş tutacaq.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlərin görüşündən sonra deyib.

"Tərəflər razılaşıblar ki, iştirakçı ölkələrin hər biri xüsusi nümayəndə təyin edəcək. Daha sonra bütün bunları türkiyəli həmkarlarımız koordinasiya edəcək və təxminən gələn ilin birinci yarısında nazirlərin ikinci toplantısına ev sahibliyi edəcəklər", - deyə Lavrov bildirib.