İsveçin Baş naziri Ulf Kristersson İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə isveçli Baş nazir “X” sosial şəbəkəsində yazıb.
“Prezident Ərdoğanın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalamasını və onu Türkiyə Böyük Millət Məclisinə təqdim etməsini alqışlayırıq. Artıq parlament prosedurları başlayacaq. NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik”, - İsveç Baş naziri paylaşımında vurğulayıb.