Ermənistan xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidan ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüş Tehranda “3+3” proqramı çərçivəsində baş tutub.
Regional və ikitərəfli gündəliyə aid məsələlər müzakirə edilib. Tərəflər əvvəllər əldə edilmiş razılaşmaları həyata keçirməyə hazır olduqlarını bildiriblər.
Bazar ertəsi Tehranda “3+3” formatında (Gürcüstansız) görüş keçirilib. Format Rusiya, İran, Ermənistan, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakını nəzərdə tuturdu, lakin Tiflis təşəbbüsdə iştirak etmək fikrində olmadığını bildirib.