BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) mətbuat xidməti Qəzza zolağında həlak olan BMT əməkdaşlarının sayının 35-ə yüksəldiyini bildirib.

"Unikal" xəbər verir ki, "oktyabrın 7-dən bəri UNRWA-nın daha altı əməkdaşının öldürüldüyü təsdiqlənib" - təşkilatın bəyanatında deyilir.

Bir gün əvvəl UNRWA oktyabrın 21-dən etibarən Qəzza zolağına endirilən hava hücumları nəticəsində doqquz əməkdaşını itirdiyini bildirmişdi .