ABŞ-də 158 avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, zəncirvari qəza nəticəsində azı 7 nəfər ölüb, 25 nəfər yaralanıb.
Hadisə Luiziana ştatının Nyu-Orlean şəhəri yaxınlığındakı körpüdə qeydə alınıb.
Xilasetmə xidmətləri axtarışları davam etdirir, sıxılmış avtomobillərdə hələ də insanlar ola bilər.
Kütləvi qəzaya qatı dumanın səbəb olduğu bildirilir.
Ağarza Elçinoğlu