Respublika Perinatal Mərkəzin peşəkar həkim - neonatoloqlarından biri olan Şükufə Abdullayeva çalışmanın yaş həddinin çatması ilə əlaqədar həmkarları ilə vidalaşıb.

"Unikal" xəbər verir ki, Mərkəzin rəhbəri Mehriban Abasquliyeva kollektiv adından Şükufə xanımı təbrik etmiş ona bundan sonrakı fəaliyyətində uğurlar arzu edib.

Bundan başqa uşaq reanimasiyasının bölmə müdiri Məryam Rzayeva, əməliyyatxana şöbəsinin müdiri Ayna Məmmədrəhimova və uşaq reanimasiyasının baş tibb bacısı Məhbulə Qurbanova Şükufə xanımın işinə olan məsuliyyəti və onunla bağlı xoş xatirələrindən bəhs ediblər.