İsrail prezidenti İsxak Hersoq HƏMAS yaraqlılarının 30 uşağı girov saxladığını bildirib.

"Unikal" xəbər verir ki, o, bu  barədə Fransa lideri Emmanuel Makron ilə görüşdə deyib. 

İsrail prezidenti vurğulayıb ki, girovların azad edilməsi məsələsində yəhudi ölkəsinin vətəndaşlığının olması önəmli deyil. Onun sözlərinə görə, hər bir israilli qaçırılanların tez evə qayıtmasını istəyir.

Oktyabrın 7-də İsrailə qarşı kütləvi raket zərbəsi endirilib.  Qəzza zolağına rəhbərlik edən İslamçı HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. HƏMAS  Əl-Əqsa tufanı əməliyyatını elan edib. Buna cavab olaraq İsrail terrorla mübarizədə “Dəmir Qılınclar” əməliyyatına başlayıb. 

Gülayə Mecid