Dünyanın ən bahalı viskisi olan "The Macallan Valerio Adami" hərraca çıxarılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Londondakı Sotheby's hərrac evində satışa çıxarılan içki 1,45 milyon dollar dəyərindədir.
İlkin tender noyabrın 1-də başlayacaq. 1926-cı il istehsallı daha bir "Macallan" 2019-cu ildə hərrac evi tərəfindən rekord qiymətə - 1,5 milyon funta satılıb.
"Macallan 1926, hər auksionçunun satmaq istədiyi və hər kolleksiyaçının sahib olmaq istədiyi viskidir", - deyə hərrac evinin rəhbəri qeyd edib.
Bildirilir ki, bu viskinin 25 ml-lik bir porsiyası 30.000-67.000 dollara başa gəlir.
Seymur Əli